Katiblik tədris prosesinin keyfiyyətli təşkili, qabaqcıl və beynəlxalq standartların təcrübəyə uyğunlaşdırılması, tədris, imtahan, təcrübə prosesinə nəzərət və inzibati fəaliyyətin təşkil edilməsinə rəhbərlik edir. Katiblik fakültənin idarəedici struktur vahididir və 21.01.2020 tarixindən etibarən katib Ayxan Əhmədov rəhbərlik edir.
Fakültə Katibi:
Əhmədov Ayxan Ramiz oğlu
e-mail:[email protected]
1991-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur.
1997-2008-ci illərdə İsmayıllı rayon Talıstan kənd tam orta məktəbində təhsil almışdır.
2008-2012-ci illərdə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsində Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.
2016-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura mərkəzində Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili almışdır.
2019 -cu ilin fevral ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında İqtisadiyyat və İdarətmə kafedrasının müəllimi işləmişdir.
21 Yanvar 2020-ci il tarixindən Zaqatala İqtisad Məktəbinin Katibi və İqtisadiyyat və İdarəetmə kafedrasının 0,5 ştat müəllim vəzifəsinə təyin edilmişdir.