Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılmışdıır.
2016-cı il sentyabrın 15-də UNEC-in Zaqatala filialının açılışı olub.
UNEC-in Zaqatala filialının direktoru 2023-cü ilə kimi professor Orucəli Rzayev olub.
UNEC-in 09.10.2019-cu il tarixli Elmi Şurasının qərarıyla, UNEC Zaqatala Filialında İqtisadiyyat fakültəsinin yerinə Zaqatala İqtisad Məktəbi yaradılmışdır.
ZİM-nə Babək Alıyev rəhbərlik edir.
ZİM, UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, Universitetin bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Tələbələrin Universitetdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin aşılanmasına və müasir biznes informasiyalarının araşdırılması qabiliyyətinin formalaşmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılmasına, onların müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələr tutmasına peşəkarlıq nöqteyi nəzərdən hazır olmalarına imkan yaradır.
ZİM- də əyani və qiyabi təhsil forması üzrə 1035 nəfər tələbə təhsil alır.
Katiblik
Katiblik tədris prosesinin keyfiyyətli təşkili, qabaqcıl və beynəlxalq standartların təcrübəyə uyğunlaşdırılması, tədris, imtahan, təcrübə prosesinə nəzərət və inzibati fəaliyyətin təşkil edilməsinə rəhbərlik edir. Katiblik fakültənin idarəedici struktur vahididir və 21.01.2020 tarixindən etibarən katib Ayxan Əhmədov rəhbərlik edir.
ZİM-in tərkibində 37 nəfər professor-müəllim, 16 nəfər tədris-köməkçi heyəti çalışır.
Fakültənin e-mail ünvanı: [email protected]