06 fevral 2025-ci il tarixində UNEC-in Zaqatala filialında maliyyə sahəsinə həsr olunmuş “Dəyişən dünyada maliyyə texnologiyaları” adlı elmi seminar keçirilmişdir. Elmi seminarda filialın “İqtisadiyyat və idarəetmə” bölməsinin müəllimləri R.Əlisultanov, E.Bodurov və N.Həsrətov maliyyə texnologiyaları və dayanıqlı maliyyə prosesləri haqqında çıxış etmişlər. Seminarda regionda fəaliyyət göstərən dövlət müəssisələri Zaqatala rayonu üzrə Maliyyə Şöbəsi, DSMF-nin 3 №-li Şəki-Zaqatala filialı, Şəki DAİM və banklardan Xalqbank, Kapital bank, Viator Mikrokredit Azərbaycan təşkilatı nümayəndələr iştirak etmişdir.
✅Elmi seminar 2 paneldə davam etmişdir:
- Dövlət müəssisələrində maliyyə-mühasibatlıq sahəsində maliyyə texnologiyalarının tətbiqi
- Banklarda və özəl şirkətlərdə maliyyə texnologiyaları ilə bağlı müasir trendlər
Moderatoru filialın müəllimi M.Muxtarov olan elmi seminarda müzakirə olunan əsas problemlər Fintech və ənənənəvi bankçılığın yaratdığı rəqabət mühiti, sənəd dövriyyəsində rəqəmsal alətlər, İFRS-in tətbiqində müasir problemlər, süni intellektin dəyişdiyi dəyərlər və müasir bankçılıqda kibertəhlükəsizlik haqqında olmuşdur.
Tədbirin sonunda UNEC Zaqatala filialın direktoru i.f.d.,dos Raqif Qasımov çıxış edərək ATM-lərin müasir dövrdə qarşısında duran hədəflərin dövlət və özəl sektorla uyğunlaşdırılmasının labüdlüyünü vurğulamış, seminarın nəticələrindən ibarət təkliflərin müvafiq idarə və müəssisələrə göndərilməsinin uyğun olduğunu qeyd etmişdir.





