8.01.2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Zaqatala filialında 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə keçirilən xüsusi dərslər zamanı müəllimlər bu tarixi hadisənin əhəmiyyətini vurğulamış və azadlıq uğrunda mübarizənin millətin yaddaşında xüsusi yer tutduğunu qeyd etmişlər. Faciənin qurbanlarının xatirəsini yad etməklə yanaşı, tələbələrə həmin dövrün ictimai-siyasi şəraiti, Azərbaycanın müstəqillik yolunda çəkdiyi çətinliklər və 20 Yanvarın tarixi-siyasi nəticələri haqqında ətraflı məlumat verilmişdir.



